Formula 1-in növbəti dayanacağı Macarıstandır

Formula 1-in növbəti dayanacağı Macarıstandır

Formula 1 yarışları mövsümün növbəti dayanacağındadır.

SİA-nın məlumatına görə, Formula 1 Macarıstan Qran Prisi avqustun 2-si və 4-ü Budapeşt şəhərində keçiriləcək.

Xatırladaq ki, dünən Formula 1 üzrə Almaniya Qran-Prisi keçirilib.

Mövsümün növbəti yarışının qalibi "Red Bull" komandasının pilotu Maks Ferstappen olub. "Ferrari"nin sürücüsü Sebastyan Fettel ikinci, "Toro Rosso"dan Daniil Kvyat üçüncü yeri tutub.

"Mercedes"in pilotu Lüis Hemilton on birinci yerlə kifayətlənib. Onun komanda yoldaşı Valtteri Bottas finişə çatmağı bacarmayıb.

Ümumilikdə finişi iyirmi boliddən 14-ü keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə