"Liverpul"un sabiq hücumçusu Daniel Starricin Laki Luççi adlı iti tapılıb. Bu barədə Los-Anceles polisi məlumat yayıb. İki gündür davam edən axtarışlar bu gün səhər nəticə verib. Hələlik iti kimin tapması barədə açıqlama verilməyib. Hadisəyə görə heç kimin həbs olunmadığı bildirilib.
Qeyd edək ki, Starricin iti Los-Ancelesdəki evi qarət olunan zaman itmişdi. Futbolçu onu tapana 20-30 min dollar mükafat söz vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB