“Atletik” 22 yaşlı qapıçını transfer edib

“Atletik” 22 yaşlı qapıçını transfer edib

İspaniyanın “Atletik” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Bilbao təmsilçisi “Barselona”dan Yokin Eskyetonu transfer edib. Klubun rəsmi saytı 22 yaşlı qapıçı ilə 2023-cü ilə qədər müqavilə imzalandığını açıqlayıb. Qeyd edək ki, Eskyeto “Barselona”nın B komandasında çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə