Azərbaycan yığmasının karateçisi Rafael Ağayev və Firdovsi Fərzəliyev Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının yarımfinal döyüşünü keçiriblər.
SİA xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən R.Ağayev estoniyalı Pavel Artamonovla üz-üzə gəlib. Qələbə qazanan R.Ağayev finala vəsiqə əldə edib. O, həlledici görüşdə ukraynalı Stanislav Horuna ilə qarşılaşacaq.
Firdovsi Fərzəliyev (60 kq) yarımfinalda Rusiya təmsilçisi Yevgeni Plakhutinlə üz-üzə gəlib. Qalib gələn F.Fərzəliyev finala vəsiqə qazanıb. O, həlledici görüşdə latviyalı Kalvis Kalninslə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB