Aleksandr Səmədov “Krılya Sovetov”dan gedir

Aleksandr Səmədov “Krılya Sovetov”dan gedir

"Krılya Sovetov" futbolçusu Aleksandr Səmədovla bu yay yolları ayırmağa qərar verib.

SİA “sports.ru” saytına istinadən xəbər verir ki, bu barədə klubun Direktorlar Şurasının sədri Aleksandr Fetisov məlumat verib. O, qarşılıqlı razılaşma əsasında azərbaycanlı yarımmüdafiəçinin Rusiya Premyer Liqa təmsilçisindən gedəcəyini bildirib.

Qeyd edək ki, A.Səmədov bu ilin yanvarında "Spartak"dan azad agent kimi "Krılya Sovetov"a transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə