Şahmatçılarımız bir qızıl və üç bürünc medal qazanıb

Şahmatçılarımız bir qızıl və üç bürünc medal qazanıb

Rumıniyanın Mamaya şəhərində keçirilən məktəblilər arasında şahmat üzrə Avropa çempionatı başa çatıb. Qitə çempionatında 12 şahmatçı ilə təmsil olunan Azərbaycan komandası 1 qızıl və üç bürünc medal qazanıb. Belə ki, Şəki şahmat məktəbinin 8 yaşlı yetirməsi Yusif Kərimli U-9 yaş kateqoriyasında Avropa çempionu adını qazanıb. Eyni yaş qrupunda mübarizə aparan Rafael Bayramlı üçüncü yeri tutub. Qızların U-9 yaş qrupunda Xanım İsmayılova bürünc medala sahib çıxıb. Naxçıvan Şahmat Məktəbinin yetirməsi Sadqi Məmmədov isə U-17 (Open) yarışında üçüncü yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə