Ukrayna Premyer Liqasında 32-ci turun növbəti oyunları keçirilib.
SİA xəbər verir ki, milli komandamızın şərəfini qoruyan Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" doğma meydanda, demək olar ki, çempionatın gümüş medallarını qazanmış Kiyev "Dinamo"sunu qəbul edib. Oyun 2:0 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.
P.Paşayev start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Aleksandriya" hal-hazırda turnir cədvəlində 49 xalla 3-cü yerdədir. "Şaxtyor" 83 xalla 1-ci, Kiyev "Dinamo"su 72 xalla 2-cidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB