İtaliya A Seriyasında qalmağı bacaran "Udineze" klubu baş məşqçisi İqor Tudorla bağlı qərar verib. SİA-nın məlumatına görə, klub rəhbərliyi xorvatiyalı çalışdırıcını postunda saxlayıb. 41 yaşlı mütəxəssisin müqaviləsi 1 il uzadılıb.
Qeyd edək ki, Tudor mövsümün sonlarında David Nikolanın əvəzinə "Udineze"nin baş məşqçisi təyin edilib. Udine təmsilçisi Tudorun rəhbərliyi altında keçirdiyi 10 matçın 5-də qalib gəlib, 3-də heç-heçə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB