"Fənərbaxça"nın ispaniyalı hücumçusu Roberto Soldado yayda ölkəsinə dönəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 33 yaşlı forvard bu mövsüm La Liqada uğurlu çıxışı ilə diqqət çəkən "Xetafe"yə transfer olunacaq. İspaniya millisinin sabiq üzvü 2 illik müqaviləyə razılaşıb.
Soldado 2017-ci ildən "Fənərbaxça"da çıxış edir. O, İstanbul klubunda 58 oyuna 19 qol vurub, 10 qol ötürməsi verib. İspaniyalı hücumçu 2008-2010-cu illərdə "Xetafe"də çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB