"Başakşəhər" və "Malatyaspor"dan qələbə

"Başakşəhər" və "Malatyaspor"dan qələbə

Türkiyə Super Liqasında 32-ci turun oyunları davam edir.

SİA-nın məlumatına görə, bazar günü daha 4 görüş keçirilib.

Səfərdə "Konyaspor"un qonağı olan “Trabzonspor” çətinliklə də olsa məğlubiyyətdən xilas ola bilib və bir xalla kifayətlənib. "Kayserispor" "Kasımpaşa"nı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. "Ərzurumspor" isə səfərdə "Malatyaspor"a 1:3 hesabı ilə uduzub.
Öz meydanında "Ankaragücü"nü qəbul edən "Başakşəhər" isə ardıcıl uğursuzluqlardan sonra, nəhayət 2:1hesablı qələbə qazanıb.

"Konyaspor" - "Trabzonspor" - 2:2
Qollar: H. Rodayyeqa, 11 (0:1), Y. Yonsson, 17 (1:1), M. Fofana, 45 (2:1), J. Sosa, 78 (2:2)

"Kayserispor" - "Kasımpaşa" - 2:1
Qollar: S. Ben Yossef, 26 (0:1), A. Qyan, 74 (1:1), 79 (2:1)

"Başakşəhər" - "Ankaragücü" - 2:1
Qollar: T. Boyd, 17 (0:1), R. Bayiç, 46 (1:1), Robinyo, 62 (2:1)

"Malatyaspor" - "Ərzurumspor" - 3:1
Qollar: D. Aleksiç, 50 (1:0), T. Bifuma, 61 (2:0), R. Muhammed, 75 (2:1), Ö. Şişmanoğlu, 90 (3:1)

Qeyd edək ki, bu qələbədən sonra vacib 3 xal qazanan "Başakşəhər" xallarını 66-ya çatdırıb və lider "Qalatasaray"a çatıb. Bir oyun az keçirən “Beşiktaş” 59 xalla 3-cü pillədədir. 57 xalı olan "Trabzonspor" 4-cü, 42 xallı "Konyaspor" 6-cıdır."Ankaragücü" 37 xalla 14-cü sırada qalıb. 11-ci pillədəki "Kayserispor"un 40, 13-cü "Kasımpaşa"nın 38 xalı var. "Malatyaspor" 47 xalla 5-ci, "Ərzurumspor" isə 32 xalla 17-cidir.

Tura bazar ertəsi keçiriləcək “Beşiktaş”-“Alanyaspor” qarşılaşması ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə