Millimizin rəqibləri müəyyənləşib

Millimizin rəqibləri müəyyənləşib

Qadın voleybol komandaları arasında kontinental Olimpiya təsnifat turnirinə ev sahibliyi edəcək ölkələr müəyyənləşib. SİA-nın məlumatına görə, Azərbaycan millisi Braziliya, Dominikan Respublikası və Kamerun ilə birlikdə “D” qrupunda mübarizə aparacaq. Millimizin yer aldığı qrupun oyunları Braziliyada təşkil olunacaq.

Avqustun 2-4-də keçiriləcək turnirin yekununda qrupda birinci yeri tutan komanda “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə