“Barselona”nın baş məşqçisi Ernesto Valverde sabah “Liverpul”la keçiriləcək UEFA Çempionlar Liqasının ½ finalı ərəfəsində oyunla bağlı fikirlərini bildirib.
SİA-nın məlumatına görə, artıq İspaniya çempionatının qızıl medallarını qazanmış mütəxəssis fikirlərini bu cür ifadə edib: “Biz bilirik ki, “Liverpul” İngiltərə Premyer Liqasında çempionluq uğrunda “Mançester Siti” ilə mübarizə aparır. Bu, gözəl hücumçuları olan güclü komandadır. Onlarda yüksək keyfiyyətli pressinq və sürət var. Bu mövsüm “Liverpul” İngiltərə Premyer Liqasında cəmi bir oyunda məğlub olub. Hər iki matçı yaxşı keçirməliyik. Əgər oyunda 5 dəqiqə də olsa nəzarəti itirsək, onlar bizi öz cərimə meydançamızda sıxacaqlar. Biz həftədə 3 oyun keçiririk. “Mançester Yunayted”lə oynadıq, indi isə “Liverpul”la oynamalıyıq. Bu, çox yaxşı çalışan komandadır. Lakin biz buna hazırıq. Biz çox sevinirik ki, artıq çempion olmuşuq. “Liverpul” isə oyunçularına istirahət verə bilmir”.
Baş məşqçi komandasının ulduz futbolçusu Lionel Messi haqqında da danışıb: “Messi özünü yaxşı hiss edir. Bu ay ərzində ona digər oyunçulara nisbətən daha çox dincəlmək imkanı verdik”.
Qeyd edək ki, “Barselona”-“Liverpul” görüşü mayın 1-də saat 23:00-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB