“Liverpul” bu futbolçu ilə yeni müqavilə imzalayıb

“Liverpul” bu futbolçu ilə yeni müqavilə imzalayıb

İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlen ilə yeni müqavilə imzalayıb. 25 yaşlı ingiltərəli futbolçu 2023-cü ilədək Mersessayd təmsilçisinin şərəfini qoruyacaq.

Aleks Oksleyd-Çemberlen 2017-ci ildə “Arsenal” komandasından 28 milyon avroya transfer edilib. 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatına bir neçə gün qalmış futbolçu ağır zədələnərək mundialda çıxış edə bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə