Azərbaycanın iki qrossmeysteri dünyanın ən güclü 10 şahmatçısı sırasındadır

Azərbaycanın iki qrossmeysteri dünyanın ən güclü 10 şahmatçısı sırasındadır

Beynəlxalq Şahmat Federasiyası yeni reytinq-siyahını açıqlamışdır. SİA-nın məlumatına görə, bu siyahıda Azərbaycanın iki qrossmeysteri dünyanın ən güclü 10 şahmatçısı sırasına daxil olub. Şəhriyar Məmmədyarov (2772) 7-ci, Vüqar Həşimov isə (2745,8) 10-cu yeri tutublar. Reytinq siyahısına Vişvanatan Anand (2820,7) başçılıq edir.

Qeyd edək ki, V.Həşimov nüfuzlu "Amber-2011" turnirinə dəvət olunmuş yeganə Azərbaycan təmsilçisidir. 20-ci yubiley şahmat turniri martın 14-26-da Monakoda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə