Robert Kubitsanın bolidi baryerə çırpılıb - Formula 1 - FOTOLAR

Robert Kubitsanın bolidi baryerə çırpılıb - Formula 1 - FOTOLAR

2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisinin sıralanma turunda “Williams” komandasının pilotu Robert Kubitsa qəza törətib. SİA-nın məlumatına görə, pilot trekin ən ensiz hissəsində idarəetməni itirərək təhlükəsizlik baryerinə çırpılıb. Bolid sıradan çıxdığı üçün R.Kubitsa turu davam etdirə bilməyib. Pilot və bolid evakusiya edilib.

Qeyd edək ki, sıralanma turunun nəticəsinə əsasən sabah keçiriləcək əsas yarışda pilotların düzlüşü müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə