İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Atletiko"nun futbolçusu Dieqo Kostaya sərt cəza tətbiq edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qurum hücumçunu La Liqanın 31-ci turunda "Barselona" ilə matçda etdiyi hərəkətlər səbəbindən 8 oyunluq cəzalandırıb. 30 yaşlı futbolçu görüşün baş hakimi Xesus Xil Mansanonu təhqir etdiyi üçün 4, ona əli ilə etdiyi hərəkətə görə isə daha 4 oyunluq cəza alıb.
Bu qərarın rəsmən yaxın vaxtlarda elan ediləcəyi bildirilir.
Beləliklə, Kosta La Liqada mövsümün qalan hissəsini buraxacaq. Çünki ölkə çempionatının bitməsinə 7 tur qalıb.
"Atletiko"nun bu qərardan şikayət etmək hüququ var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB