İtaliya futbolunda növbəti irqçilik qalmaqalı yaşanıb. “Sky Sport İtalia” nəşrinin yazdığına görə, “Yuventus”un hücumçusu Moyze Kin A Seriyasının 30-cu turunun “Kalyari” ilə səfər oyununda (2:0) yerli azarkeşlərin irqçi şüarları ilə üzləşib. Buna qaradərili futbolçunun 85-ci dəqiqədə vurduğu qolu sardiniyalı fanatların əyləşdiyi sektorun qarşısında qeyd etməsi səbəb olub. 19 yaşlı futbolçunun hərəkətini narazılıqla qarşılayan tərəfdarlar onu fitə basıb, təhqir etməyə başlayıblar.
“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi vəziyyətə müdaxilə edib, ortalığı sakitləşdirməyə çalışsa da, azarkeşlər irqçi şüarlar səsləndirməyə davam ediblər. Ardınca Turin klubunun digər qaradərili futbolçusu Blez Matiudi emosional şəkildə yerli publikaya cavab verib. Daha sonra görüşün baş hakimi Pyero Cakomelli stadionun diktorundan azarkeşlərə xəbərdarlıq etməsini istəyib. Ancaq bu da onları sakitləşdirməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB