Daha öncə oyun zamanı hakimə tüpürdyünə görə cəzalandırılan və 17 ay həbs cəzası verilən Hacı dünənki matçda futbolçusuna sarı vərəqə göstərən Kudusi Müftioğluna da tüpürüb. Siasport.az saytı xəbər verir ki, onun bu hərəkəti Lig TV kameraları ilə yayımlanıb. Baş məşqçi hakimin bu hərəkətindən sonra özünü saxlaya bilməyib və yan xəttə qədər gələrək ədalət təmsilçisinə ağız dolusu tüpürüb. Onun bu hərəkətinin necə qarşılanacağı maraq doğurur.
Xatırladaq ki, Hacı 2001-ci ildə"Qalatasaray" forması ilə ona qırmızı vərəqə göstərən hakim Erol Ersoya tüpürmüşdü və ayağını tapdalamışdı. Bu səbədən 17 ay həbs cəzası alan futbolçunun cəzası daha sonra 2 min 875 lirə ilə əvəzlənmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB