Emil Balayev ən yaxşı futbolçu seçilib

Emil Balayev ən yaxşı futbolçu seçilib

Azərbaycan millisinin və "Tobol"un üzvü Emil Balayev Qazaxıstan çempionatının 3-cü turunda "Şaxtyor"la (Karaqanda) matçın (1:0) ən yaxşısı seçilib. SİA xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Sözügedən oyunda iki dəfə komandasını real qoldan xilas edən 24 yaşlı qolkiper "Instat"ın təhlilinə görə hamını qabaqlayıb. Onun çıxışı 286 xalla qiymətləndirilib.

Balayevin komanda yoldaşları - Fernandey Kassay (271) 2-ci, Aleksander Kleşenko (264) 3-cü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə