"Səbail" Maykl Essyeni PFL-dən qeydiyyatdan keçirib

"Səbail" Maykl Essyeni PFL-dən qeydiyyatdan keçirib

"Səbail" klubu yeni transferi Maykl Essyeni PFL-dən qeydiyyatdan keçirib. SİA-nın məlumatına görə, təcrübəli futbolçu qarşıdakı oyunlarda komandasına kömək edə biləcək. O, paytaxt təmsilçisinin heyətində 6 nömrəli formada çıxış edəcək.

"Səbail" Azərbaycan Premyer Liqasının növbəti turunda səfərdə "Zirə"nin qonağı olacaq.

Qeyd edək ki, Essyen "Səbail"lə 2020-ci ilin yayına qədər sözləşmə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə