Güləşçilərimiz Yakutskda iki medal qazanıblar

Güləşçilərimiz Yakutskda iki medal qazanıblar

Yakutskda gənc sərbəst güləşçilər arasında Roman Dmitriev Memorialı keçirilib. SİA Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında 5 idmançı təmsil edib. Onlardan Asxab Həmzətov (92 kq) gümüş, Abubakr Abakarov (79 kq) isə bürünc medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə