“Mançester Siti” Bernardo Silva ilə müqaviləni uzadacaq?

“Mançester Siti” Bernardo Silva ilə müqaviləni uzadacaq?

İngiltərənin “Mançester Siti” futbol klubu yarımmüdafiəçisi Bernardo Silva ilə müqaviləni uzadacaq. Belə ki, 24 yaşlı portuqaliyalı futbolçu Mançester təmsilçisi ilə 2025-ci ilədək müqavilə imzalayacaq. Yarımmüdafiəçinin hazırkı müqaviləsi 2022-ci ilədək etibarlıdır. Klub rəhbərliyi portuqaliyalı müdafiəçinin həftəlik gəlirini 200 min funt sterlinq səviyyəsində artırmaq niyyətindədir. Bu, cari əməkhaqqından təxminən iki dəfə çoxdur. B.Silvanın hazırda həftəlik gəliri 120 min funt sterlinqdir.

Futbolçunun transfer qiyməti 65 milyon avrodur. Qeyd edək ki, B.Silva cari mövsümdə “Mançester Siti”nin heyətində 38 oyunda 8 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə