Ukraynanın Poltava şəhərində yeniyetmələr arasında qadın güləşi üzrə beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, yığmamız bu yarışda parlaq çıxışı ilə fərqlənib. Böyük məşqçi Həsrət Məmmədyarovun və məşqçi Solmaz Həşimzadənin rəhbərliyi ilə Poltavada ölkəmizi təmsil edən beş güləşçidən dördü fəxri kürsüdə yer alıb.
Nigar Mirzəzadə (65 kq) qızıl, Gültəkin Şirinova (49 kq) və Elnurə Məmmədova (53 kq) gümüş, Jalə Əliyeva (61 kq) isə bürünc medal qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB