Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci tura start verilib. SİA-nın məlumatına görə, açılış günündə 4 qarşılaşma keçirilib. "Everton" səfərdə "Kardiff Siti"ni 3 cavabsız qolla məğlub edib. "Nyukasl" isə doğma meydanda "Börnli"yə 2:0 hesabı ilə qalib gəlib. Tura bu gün keçiriləcək 6 oyunla yekun vurulacaq.
Qeyd edək ki, turnir cədvəlinə hazırda 66 xalla "Liverpul" başçılıq edir. Bir xal az toplayan "Mançester Siti" 2-ci, 60 xallı "Tottenhem" isə 3-cüdür.
İngiltərə Premyer Liqası, 28-ci tur
26 fevral
"Kardiff Siti" - "Everton" - 0:3
Qollar: Q. Siqurdsson, 41 (0:1), 66 (0:2), D. Kalvert-Lyuin, 90 (0:3)
"Haddersfild" - "Vulherhempton" - 1:0
Qol: S. Munye, 90
"Lester" - "Brayton" - 2:1
Qollar: D. Qrey, 10 (1:0), C. Vardi, 63 (2:0), D. Propper, 66 (2:1)
"Nyukasl" - "Börnli" - 2:0
Qollar: F. Şaar, 24 (1:0), S. Lonqstaf, 38 (2:0)
27 fevral
"Arsenal" - "Bornmut"
"Sauthempton" - "Fulhem"
"Çelsi" - "Tottenhem"
"Kristal Pelas" - "Mançester Yunayted"
"Liverpul" - "Uotford"
"Mançester Siti" - "Vet Hem"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB