"Real"ın yarımmüdafiəçisi Qaret Beyl komandadakı durumundan narazıdır. "Marca" nəşrinin yazdığına görə, Santyaqo Solarinin onu ehtiyatda saxlaması uelsli futbolçunun ürəyincə deyil. 29 yaşlı oyunçu düşünür ki, daim start heyətində meydanda olmalıdır. Məhz bu səbəbdən Beylin baş məşqçi ilə münasibətlərinin korlandığı iddia olunur.
Qeyd edək ki, Solarinin gəlişindən sonra əsas heyətdə adətən Lukas Vaskes və ya Vinisius Junior oynayır. Beyl isə əvəzetmədən meydana daxil olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB