Yığma üzvlərimiz Ukrayna klubunda - FOTO

Yığma üzvlərimiz Ukrayna klubunda - FOTO

Ölkəmizin şosse velosipedi üzrə Elit milli komandasının üzvü Elçin Əsədov və U-23 yığmamızın velosipedçisi Mahmud Məmmədov Ukraynanın “Lvov” kontinental komandası ilə müqavilə imzalayıb. Azərbaycan Velosiped İdmanı Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, adları çəkilən idmançılarımız 2019-cu ilin sonunadək bu komandanın heyətində beynəlxalq yarışlarda iştirak edəcək.

Dəfələrlə Azərbaycan çempionatlarının qalib və mükafatçısı olmuş Elit yığmamızın lider idmançısı Elçin Əsədovun son klubu “Baku Cycling Project” kontinental komandası olub. Yeniyetmə və gənclər arasında Azərbaycan birinciliklərinin qalib və mükafatçısı adını qazanan perspektivli idmançımız Mahmud Məmmədov isə ötən il 18 yaşının tamam olması ilə əlaqədar bu ildən etibarən U23 yaş qrupuna keçib. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən, velosipedçilər 18 yaşları tamam olduqdan sonra peşəkar klublarla müqaviləyə imza ata bilərlər.

“Lvov” klubunun heyətində çıxış edəcək idmançılarımızı Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən kifayət qədər nüfuzlu yarış gözləyir.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня