"Arsenal"ın baş məşqçisi: "Komandama güvənirəm"

"Arsenal"ın baş məşqçisi: "Komandama güvənirəm"

"Arsenal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının 1/16 finalında evdə BATE-yə məğlubiyyəti (0:1) şərh edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, çalışdırıcı cavab matçında fərqli oynayacaqlarına əminliyini ifadə edib. “Məğlubiyyət heç vaxt sevindirici olmur. Birinci yarıda şanslarımızı əldən verdik. BATE müdafiədə əla oyun göstərdi. Fasilədən sonra da qol vurmaq imkanımız oldu, ancaq yararlana bilmədik. Rəqib isə imkanı əldən vermədi. Cavab qarşılaşmasında başqa oyun görəcəksiniz. Mən optimist insanam. Komandama güvənirəm. Əminəm ki, növbəti mərhələyə adlamaq mümkün olacaq. Şansımız var”.

Bütün xəbərlər Facebook səhifəmizdə