Qadınlardan ibarət "Azərreyl" klubu "Çelenc Kuboku" yarışının 1/16 final mərhələsi çərçivəsində ilk oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, komandamız Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşıb. Oyun "Sərhədçi" Olimpiya Mərkəzində keçirilib. Matçı polşalı Maçej Tvardovski və rusiyalı Pavel Anderson idarə edib.
"Çelenc Kuboku", 1/16 final
"Olimpiakos" – "Azərreyl" 0:3 (7:25, 15:25, 13:25) "Sərhədçi"
Olimpiya Mərkəzi
Birinci setdə "Azərreyl" rəqibə heç bir şans verməyərək hissəni qalib tamamlayıb. Komandamız "Olimpiakos"a hətta 10 top vurmağa belə imkan verməyib - 7:25.
İkinci setdə də aşkar üstün olan qızlarımız asan qələbə qazanıblar. Bütün hallarda rəqibdən güclü olan "Azərreyl" ikinci setdə 15:25 hesabı ilə qalib gəlib.
Üçüncü setdə isə voleybolçu qızlarımız matçın taleyini həll ediblər - 13:25.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB