Emil Balayev "Tobol"da debüt edib

Millimizin üzvü Emil Balayevin formasını geyindiyi Qazaxıstanın "Tobol" klubu bu gün Türkiyənin Antalya şəhərində növbəti yoxlama görüşünə çıxıb. SİA-nın məlumatına görə, Premyer Liqa təmsilçisi Cənubi Koreyanın "Daejeon" klubu ilə qarşılaşıb.

Bu oyunda E.Balayev də debüt edib. O, oyuna start heyətdə başlayıb. Cənubi koreyalılar Emilin qoruduğu qapıdan bir top keçiriblər. Oyun "Tobol"un 0:1 hesbalı məğlubiyyəti ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə