Syoya Nakadzima Yaponiyanın ən bahalı futbolçusu oldu

Syoya Nakadzima Yaponiyanın ən bahalı futbolçusu oldu

Syoya Nakadzima Yaponiya tarixinin ən bahalı futbolçusu adına sahib olub. Türkiyə mətbuatının yazdığına görə, Portuqaliyanın “Portimonense” futbol klubuna məxsus olan 24 yaşlı hücumçu 35 milyon avro qarşılığında Qətərin “Əl-Duhail” komandasına transfer edilib. Bununla da o, yaponiyalı futbolçular arasında transfer qiymətinə görə ən bahalı idmançı olub.

Bundan əvvəl bu rekord 2001-ci ildə İtaliyanın “Roma” klubundan “Parma”ya 29 milyon avroya transfer edilən Hidetoşi Nakataya məxsus idi.

Bütün xəbərlər Facebook səhifəmizdə