Rusiyanın "Zenit" klubu iki transfer reallaşdırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sankt-Peterburq təmsilçisi "Rubin"dən İran millisinin hücumçusu Sərdar Azmunu 12 milyon avro qarşılığında transfer edib. 24 yaşlı futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.
"Zenit" Argentinanın "Boka Xuniors" klubunda çıxış edən 25 yaşlı Vilmar Barriosu isə 15 milyon avroya transfer edib. Kolumbiya millisinin üzvü ilə 3,5 illik müqavilə bağlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB