"Lill" klubunun yarımmüdafiəçisi Nikolya Pepe "Dalian Yifanq"dan aldığı təklifi geri çevirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Çin klubu futbolçunun keçidinə 70 milyon avro və 10 milyon bonus ödəyəcəyini bildirib. Lakin fransalı Çinə getməyəcəyini, Avropada oynamaq istədiyini deyib.
Pepe "Lill"in ən yaxşı bombardiri sayılır. O, cari mövsümdə 22 oyunda 15 qol vurub,10 məhsuldar ötürmə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB