“Barselona” səfərdə qalib gəldi

“Barselona” səfərdə qalib gəldi

spaniya La Liqasında 21-ci turun oyunları keçirilir. Lider “Barselona” səfərdə “Jirona” ilə qarşılaşıb. Görüş Kataloniya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, Ernesto Valverdenin komandasının La Liqada ardıcıl 8-ci qələbəsidir.

“Jirona” – “Barselona” – 0:2

Qollar: Semedo, 9, Messi, 68

Qeyd edək ki, ilk pillədə qərarlaşan “Barselona”nın 49 xalı var. “Atletiko” 44 xalla 2-ci, “Sevilya” və “Real” isə 36 xalla müvafiq olaraq 3-4-cü yerləri bölüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə