"Fulhem"in futbolçusu klubun bazasında həbs edilib

"Fulhem"in futbolçusu klubun bazasında həbs edilib

"Fulhem"in hücumçusu Abubakar Kamara həbs edilib. SİA-nın xarici mətbuata istinadən veridyi məlumata görə, Kamara klubun bazasında polis tərəfindən tutulub. 23 yaşlı futbolçu baş məşqçisi Klaudio Ranyerinin göstərişi ilə məşqdən uzaqlaşdırılıbmış. Futbolçu klub prezidenti ilə görüşərək məsələyə aydınlıq gətirmək istəyib. O, bu məqsədlə də klubun bazasına gəlib. Orda isə məlum olmayan səbəblərdən əməkdaşlardan biri ilə dalaşıb.

Hadisə yerinə polis gəlib və futbolçunu həbs edib. "Fulhem" rəhbərliyi artıq operativ fəaliyyətə görə, polis əməkdaşlarına təşəkkür də edib. Klubdan bildirilib ki, Kamarının bazaya yolu birdəfəlik bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə