“Çelsi”nin futbolçusu “Atletiko Madrid” klubunda

“Çelsi”nin futbolçusu “Atletiko Madrid” klubunda

İngiltərənin “Çelsi” futbol klubunun ispaniyalı hücumçusu Alvaro Morata karyerasını vətənində davam etdirəcək. SİA-nın məlumatına görə, cari mövsümdə əsas heyətdə az oyun keçirən 27 yaşlı hücumçu icarə əsasında “Atletiko Madrid” klubunda çıxış edəcək. Artıq tərəflər keçidlə bağlı razılıq əldə ediblər. Transferin yaxın günlərdə elan olunacağı gözlənilir.

“Çelsi” klubu isə İtaliyanın “Yuventus” komandasına məxsus Qonsalo İquaini icarəyə götürmək üçün danışıqlar aparır.

Qeyd edək ki, Morata cari mövsümdə İngiltərə çempionatında 16 oyunda 5 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə