"Qalatasaray" "Fulhem"in futbolçusu Stefan Yohanseni transfer edir. Türkiyə mətbuatının yazdığına görə, yarımmüdafiə xəttini gücləndirmək istəyən “sarı-qırmızılar” bu mövsümün sonunda komandasıyla müqaviləsi başa çatacaq 28 yaşlı oyunçu üçün təklif göndərməyə hazırlaşır. Tərəflər arasında razılıq əldə olunsa, yaxın günlərdə transfer rəsmiləşəcək. Qeyd edək ki, Norveç millisinin üzvü bu mövsüm İngiltərə klubunun heyətində 13 oyuna çıxıb və 1 qol ötürməsi verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB