"Qəbələ"nin liderlərindən biri olan Stiven-Jozef Monrozun adı yenidən "Neftçi" ilə hallanmağa başlayıb. SİA-nın məlumatına görə, hücum xəttini gücləndirmək istəyən paytaxt klubunun rənglərinə bağlamaq istədiyi futbolçulardan biri Monrozdur. "Ağ-qaralar" bunun üçün hərəkətə keçib. Fransalı hücumçunun "Qəbələ" ilə müqaviləsi davam etdiyi üçün "Neftçi" "qırmızı-qaralar"a təzminat ödəməli olacaq. Əgər tərəflər arasında anlaşma əldə edilsə, 28 yaşlı futbolçu "Neftçi"yə üz tutacaq.
"Neftçi"nin alternativ variantı da var. Bakılılar "Şerif"dən Ziqi Badibanqanı da diqqətində saxlayıb.
Qeyd edək ki, Monroz 2017-ci ildən "Qəbələ"də çıxış edir. Onun müqaviləsi 2019-cu ilin yayında başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB