Uşaq-Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə Saatlı Olimpiya İdman kompleksində 12-13 yaşlı uşaqlardan ibarət komandalar arasında turnir təşkil olunub. SİA-nın məlumatına görə, yarışda Sabirabad, Saatlı, Şirvan, Hacıqabul və İmişlini təmsil edən ümumilikdə 6 komanda iştirak edib. Yarışın qalibi Saatlı-1 komandası olub. Şirvan və Sabirabad təmsilçiləri müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB