"Barselona" daha bir transferə hazırlaşır

"Barselona" daha bir transferə hazırlaşır

"Barselona" daha bir transfer etməyə hazırlaşır. İspaniya mətbuatının yazdığına inansaq, Kataloniya klubu "Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonqu almaq üzrədir.

Bildirilir ki, 21 yaşlı oyunçu ilə "Mançester Siti" və PSJ də maraqlanır. Hətta İngiltərə klubu de Yonq üçün 66 milyon avro təklif edib. Ancaq futbolçunun Kataloniya təmsilçisinə keçmək ehtimalının daha çox olduğu vurğulanıb. De Yonqun agenti son qərarlarını ən yaxın həftələrdə verəcəklərini söyləyib.

Qeyd edək ki, de Yonq bu mövsüm Hollandiya çempionatında 14 matçda 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə