Ranyeri Mourinyo haqda danışdı

"Fulhem"in baş məşqçisi Klaudio Ranyeri "Mançester Yunayted"dən göndərilən Joze Mourinyo ilə bağlı açıqlama verib. SİA-nın məlumatına görə, italiyalı mütəxəssis Mourinyonu futbolun ürəyin adlandırıb: "Joze Mourinyoya istefaya göndəriləndən sonra mesaj yolladım. Onunla yaxın dostuq. Mourinyo, Antonio Konte kimi mütəxəssislər futbolun qəlbidir. Ümid edirəm ki, hər ikisi qısa müddətdə yenidən iş başına dönəcəklər. Joze getdiyi hər ölkədə kuboklar qazanıb. Bu, onun üçün önəmlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə