Musa Süleymanov: “Muammersiz komandanın vəziyyəti daha da ağırlaşacaq” - AÇIQLAMA

Musa Süleymanov: “Muammersiz komandanın vəziyyəti daha da ağırlaşacaq” - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, AFFA-nın İntizam Komitəsi "Turan" klubunun futbolçusu Muammer Erdoğdunu Elnur Abbasova xəsarət yetirdiyinə görə 5 oyunluq cəzalandırmışdı. Bununla bağlı, klub Apelyasiya Komitəsinə müraciət etsə də futbolçunun cəzası azaldılmamışdı. Bu barədə "Turan" klubunun prezidenti Musa Süleymanov SİA-ya açıqlama verib: "Fikrimcə bu məsələyə AFFA baxmamalıdır. Əgər doğurdan da bu futbolçular dava ediblərsə bu, oyundan kənarda olub. Bu, onların şəxsi münasibətləridir. Bəlkə birinin o birinə borcu var! AFFA baxsa belə, bundan çox ağır hərəkət eləyənlər var. Onlara 4 oyunluq cəza verirlər, sonra 2 oyuna salırlar. Bir çox hallarda isə ümumiyyətlə heç bir cəza vermirlər. Başa düşə bilmirəm niyə belə edirlər. Muammer özü də davakar deyil. Oyunçular özləri də deyirlər ki, bizim aramızda heç nə yoxdur, olubsa da barışmışıq. Biz əlimizdən gələni edəcəyik ki, bu futbolçunun cəzasını azalsın. Muammer bizim əsas oyunçumuzdur. Onsuz komandanın vəziyyəti daha da ağırlaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə