"Barselona"da növbəti zədə epidemiyası

"Barselona"da növbəti zədə epidemiyası

"Barselona"nın zədəli futbolçusu Malkomun son durumu müəyyənləşib. Klubun saytında yer alan xəbərə görə, tibbi müayinədən keçən braziliyalı müdafiəçinin zədəsinin ciddi olmadığı məlum olub. Onun 10 -15 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Qeyd edək ki, Malkom İspaniya kubokunun 1/16 finalında "Leonesa" ilə cavab matçında zədələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə