"Sportinq" "Riu Ave"ni məğlub edib

"Sportinq" "Riu Ave"ni məğlub edib

"Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sportinq" Portuqaliya Premyer Liqasında növbəti oyununu keçirib. SİA-nın məlumatına görə, Lissabon təmsilçisi 11-ci turda səfərdə "Riu Ave"ni məğlub edib - 3:1. “Sportinq”in qollarını Brunu Fernandeş (dəq.8), Bas Dost (23) və Jovane Kabral (72) vurub. Meydan sahiblərindən isə 12-ci dəqiqədə Joao Şmidt fərqlənib.

Qələbə sayəsində xallarını 25-ə çatdıran "Sportinq" 2-ci pillədəki mövqeyini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə