Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu “Challenge Cup”da cavab oyununu keçirib. SİA-nın məlumatına görə, Bakı təmsilçisi 1/16 final mərhələsində növbəti dəfə Belçikada yerli “Hermes Ostende” klubu ilə qarşılaşıb.
“Mister V-Arena”da keçirilən görüş Belçika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında Belçikada təşkil olunan ilk oyununda da “Azərreyl” eyni hesabla məğlub olub. Beləliklə, iki oyunun nəticəsində görə, Bakı təmsilçisi “Challange Cup”da mübarizəni dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB