“Mourinyo “Mançester Siti”ni çalışdırsaydı, 2-3 dəfə Premyer Liqanın çempionu olardı”. Bu sözləri “Çelsi”nin sabiq futbolçusu Didye Droqba “Mirror”a açıqlamasında deyib.
Bu yaxınlarda futbolçu karyerasını başa vuran veteran hücumçu "Mançester Yunayted"in uğursuz çıxışlarına görə sabiq baş məşqçisini tənqid edənlərlə razılaşmadığı bildirib: “Mourinyo çox tənqid edilir. Çünki həmişə yaxşı nəticələr verib. İndi isə komandası istənilən kimi çıxış etmir. O, hələ də yüksək səviyyəli məşqçidir. Sadəcə, “Mançester Yunayted”i son illər çalışdırmış məşqçilərin işinə baxmaq lazımdır. Aleks Fergüssondan sonra “Mançester Yunayted”də işləmək asan deyil. Klubun büdcəsi də əvvəlki kimi deyil. Hamı Mourinyodan əla nəticə gözləyir. Ancaq o da bir insandır, nəyisə dəyişməyə çalışır”.
Qeyd edək ki, “MY” hazırda 12 turdan sonra Premyer Liqada 8-ci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB