"Trabzonspor" Burak Yılmazı cəzalandırıb

"Trabzonspor" Burak Yılmazı cəzalandırıb

"Trabzonspor" futbolçusu Burak Yılmazı cəzalandırıb. Bu barədə klubun prezidenti Ahmet Ağaoğlu "NTV"yə açıqlamasında deyib. O, türk hücumçunun "Bursaspor"la matçda azarkeşlərə qarşı etdiyi hərəkət səbəbindən cəzalandırıldığını bildirib: "Burak Yılmazı 500 min türk lirəsi məbləğində cərimələdik. O, müqavilə ilə bu kluba məxsusdur. Bundan sonra baş məşqçimiz Ünal Karaman Burakın oynayıb-oynamayacağına qərar verəcək".

Qeyd edək ki, B.Yılmaz "Bursaspor"la görüşdə əvəzlənən zaman azarkeşlərin narazılığı ilə qarşılaşmışdı.Bundan sonra o, əl-qol hərəkətləri ilə tribunalara reaksiyasını göstərmişdi. Xatırladaq ki, "Trabzonspor"un B.Yılmazla müqaviləni ləğv edə biləcəyi iddia olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə