Paralimpiyaçı cüdoçularımız dünya çempionatında mübarizə aparacaqlar
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov qadınlardan ibarət cüdo üzrə milli komandamızın baş məşqçisi və idmançılarla görüşüb. SİA-nın məlumatına görə, görüşdə cari ilin noyabrında Portuqaliyada keçiriləcək dünya çempionatına və 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda təşkil olunacaq XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar məşqçi və idmançıların məlumatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.
Sonda İ.Rəhimov milli komandaya verdiyi dəstəyə görə, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə öz minnətdarlığını bildirib.
Müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, paralimpiya millimiz Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə noyabrın 13-19-da Portuqaliyanın Odivellas şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB