"Azərbaycanda gimnastika sürətlə inkişaf edir"

"Azərbaycanda gimnastika sürətlə inkişaf edir"

Avstraliyanın batut gimnastikası üzrə komandası Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında təlim-məşq toplanışı keçir. Avstraliyalı idmançılardan ibarət komandanın rəhbəri Samanta Palmer Trend-ə bildirib ki, Milli Gimnastika Arenasında gimnastların məşqi üçün bütün zəruri şərait yaradılıb:

"Bakını seçdik, çünki komandamız burada keçirilmiş dünya çempionatında iştirak edib. Deyə bilərəm ki, burada həqiqətən də möhtəşəm şərait yaradılıb və məşq üçün gözəl zal var. Bilirik ki, Azərbaycanda gimnastika sürətlə inkişaf edir. Siz bir çox beynəlxalq idman tədbirlərini qəbul edir və yüksək səviyyədə təşkil edirsiniz. İdmançılarımızın hazırlığı üçün belə gözəl şərait yaradılmasına görə minnətdarlığımızı bildiririk".