İspaniya KİV-ləri: "Toni Kroos PSJ-yə transfer olunacaq"

İspaniya KİV-ləri: "Toni Kroos PSJ-yə transfer olunacaq"

"Real"ın futbolçusu Toni Kroos PSJ-yə transfer oluna bilər. İspanya mətbuatı yazır ki, Paris təmsilçisinn baş məşqçisi Tomas Tuhel alman yarımmüdafiəçinin alınmağını klub rəhbərliyindən istəyib. PSJ-nin yaxın günlərdə "Real"la danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, T.Kroos 2014-cü ildə 25 milyon avroya "Bavariya"dan "Real"a transfer olunub. O, indiyə kim 201 matçda 12 qol vurub, 54 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə