Roberto Donadoni "Milan"ın baş məşqçisi olacaq?

Roberto Donadoni "Milan"ın baş məşqçisi olacaq?

"Milan"ın baş məşqçisi Cennaro Qattuzo yaxın vaxtlarda istefaya göndərilə bilər. "La Gazzetta dello Sport"un yaydığı xəbərə görə, mövsümə uğursuz başlayan klubun rəhbərliyi Qattuzoya əvəzləyici tapıb. Bu, Roberto Donadonidir. Son olaraq "Bolonya"nı çalışdıran italiyalı mütəxəssis hazırda işsizdir. O, futbolçu karyerası ərzində 12 il (1986-1996, 1997-1999) "Milan"ın şərəfini qoruyub.
Qeyd edək ki, Qattuzonun komandası A Aseriyasında 8 turdan sonra 12-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə